Kylian Mbappe: bildiyimiz-bilmədiyimiz faktlar

Futbol 03.12.2018 14:34
Kylian Mbappe: bildiyimiz-bilmədiyimiz faktlar
455 Dəfə oxunub
- Kylian Mbappe Fransa millisinin ən gənc ikinci oyunçusu kimi tarixə düşüb: o, ölkənin əsas komandasında 2017-ci ilin martında – 18 yaşında Lüksemburqla oyunda debüt edib.

- Atası Wilfried  “AS Bondy”nin yeniyetmələr komandasında məşqçisi, sonra isə meneceri olub.

- Anası Fayza vaxtilə peşəkar həndbolçu olub.

- Onun atası kamerunlu, anası isə əlcəzairlidir, lakin Kylian doğulduğu ölkənin – Fransanın şərəfini qorumağı seçib.

- Fransa millisindəki komanda yoldaşları Griezmann  və Pogba onu “Kiki” deyə çağırırlar.

- Onlar həmçinin onu “37” deyərək də çağırırlar. Bu ləqəb ona Dünya çempionatı-2018-də inanılmaz 37 km/saat qaçış sürətini yığdıqdan sonra verilib.

- “Paris SG”də oynarkən ona Ninja Tısbağa qəhrəmanlarından Donatelloya bənzədiyinə görə “Donatello” ləqəbi verilmişdi.

- Mbappe öz təhsilinə də ciddi yanaşır: o, elm və texnoloji idarəetmə üzrə ali məktəb imtahanlarını uğurla verib.

- Təxminən 10 yaşı olanda Mbappe “Chelsea”də yoxlama-baxışdan keçib . O, “Charlton” qarşı oynayıb və onlar 6:0 hesabı ilə qalib gəliblər.

- “Monaco”da 2015-ci ilin dekabrında - 16 yaşı olarkən debüt edən Mbappe klub tarixində əsas komandanın ən gənc oyunçusu rekorduna sahib çıxaraq Thierry Henryni qabaqlayıb.

- 2016-ci ilin fevralında o, Thierry Henrynin daha bir rekordunu yeniləyib: “Monaco”nun əsas komandasının heyətində qol vuran ən gənc oyunçu olub.

- Onun qol vurarkən əllərini çarpaz tutaraq sevinməsi qardaşına həsr olunub: belə ki, qardaşı FIFA oyun simulyatorunda Kyliana qalib gələrkən sevincini məhz bu cür qeyd edir.

- 2016-ci ildə Fransanın U-19 yığmasının Avropa çempionluğunu qazandığı yarışda Mbappe 5 qolun müəllifi olub.

- Mbappe tennis azarkeşidir və onun ən sevdiyi tennisçi fransız Jo-Wilfried Tsongadır.

- Bir dəfə o, qaçarkən inanılmaz yüksək sürət yığmağa nail olub – 44,7 km/saat. Bu da qaçışda 100 metrənin kralı Usain Boltun sürətindən azacıq aşağı göstəricidir.

- Mbappe 2018 mundialında qazandığı 380 min funt sterlinqdən çox məbləği xeyriyyə fondlarına bağışlayıb.

- 2018-ci ilin iyununda söyləyib ki, fikrincə, ən istedadlı futbolçu Ousmane Dembeledir.

- Kylian deyir ki, Çempionlar Liqasını qazanmağı “Qızıl top”dan daha çox arzulayır.

Tərcümə etdi: Vüsal Cəfərov