Pele özünü və Maradonanı Messidən üstün sayır

Futbol 06.12.2018 13:08
Pele özünü və Maradonanı Messidən üstün sayır
403 Dəfə oxunub
Əfsanəvi braziliyalı Pele özünü və argentinalı Diego Maradonanı “Barcelona”lı Lionel Messidən daha yaxşı futbolçu saydığını bildirib.

Goal.com 3 qat dünya çempionunun sözlərini belə təqdim edib:

“Başla oynamağı, sol və sağ ayaqları ilə yaxşı zərbə vurmağı bacaran oyunçunu işlək bir ayağı, cəmi bir bacarığı olan, başla yaxşı oynamayan biri ilə necə müqayisə etmək olar?

Onları necə eyniləşdirmək olar ki? Pele ilə müqayisə olunmaq üçün həm sağ, həm sol ayaqla, həm də başla yaxşı zərbə vurmaq qabiliyyəti olmalıdır.

Fikrimcə, Maradona dünyanın ən yaxşı futbolçularından biridir. Əgər məndən onun Messidən üstün olub-olmadığını soruşsanız, hə, onun daha yaxşı futbolçu olduğunu deyərəm. Messidən çox yaxşı”.