Etiraz aksiyalarına görə 6 oyun təxirə salınıb

Futbol 07.12.2018 12:56
Etiraz aksiyalarına görə 6 oyun təxirə salınıb
337 Dəfə oxunub
Ligue 1-in 17-ci turunun bu həftəsonu keçirilməli olan 10 oyunundan 6-ı hökumət orqanlarının istəyilə təxirə salınıb.

Buna səbəb son günlər Fransada yanacağın qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarıdır.

Belə ki, polis oyunlarda təhlükəsizliyi təmin edə bilməyəcəyilə bağlı liqa rəhbərliyinə müraciət edib.

Xatırladaq ki, 7-9 dekabr tarixlərində keçirilməli olan Monaco – Nice, Paris SG – Montpellier, Angers – Bordeaux, Nimes – Nantes, Toulouse – Lyon, St Etienne – Marseille qarşılaşmaları başqa vaxta təxirə salınıb.

17-ci turun yalnız dörd matçının təxirə salınmadığı bildirilir:

8 dekabr
23:00  Guingamp - Amiens
23:00  Rennes - Dijon
9 dekabr
18:00  Strasbourg - Caen
20:00  Lille - Reims