Federasiya prezidenti həbs edildi

Futbol 08.12.2018 13:40
Federasiya prezidenti həbs edildi
400 Dəfə oxunub
Peru məhkəməsi ölkə futbol federasiyasının prezidenti Edwin Oviedonun cinayətkar qruplaşmalarla bağlılığının araşdırılması ilə əlaqədar onun ilkin olaraq 18 ay müddətinə həbsi barədə qərar çıxarıb.

Adıçəkilən şəxs qətldə və dövlətə ziyan vuran cinayətkar sövdələşmədə iştirakda şübhəli bilinir.

İstintaqın versiyasına əsasən, Oviedo iki cinayətkar dəstə ilə əlaqəlidir – onlardan birinin hakimlərlə bağlı korrupsiya qalmaqalında, digərinin isə şəkər istehsal edən “Tuman“ şirkətinin iki rəhbərinin öldürülməsində əli var.