4-cü dəfə “River Plate”

Futbol 10.12.2018 10:17
4-cü dəfə “River Plate”
356 Dəfə oxunub
“River Plate” Madriddə “Santiago Bernabéu” stadionunda keçirilən ikinci final oyununda Argentinadakı barışmaz rəqibi “Boca Juniors”a əlavə vaxtda 3:1 hesabı ilə qalib gələrək Libertadores kubokunun qalibi olub.

Xatırladaq ki, bu komandaların Argentinada keçirilən ilk oyunu bərabərliklə başa çatmışdı – 2:2.

Tarixi ərzində 4-cü dəfə Libertadores kubokunu qazanan “River Plate” bundan əvvəl 1986, 1996 və 2015-ci illərdə Cənubi Amerikanın ən güclü klubu adını qazanmışdı.

“River Plate" tarixində ikinci dəfə CONMEBOL təmsilçisi kimi klubların dünya çempionatında çıxış edəcək. Bu yarış 12–22 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.