Lewandowski bu mövsüm hamıdan çox qol vurub

Futbol 13.12.2018 10:32
Lewandowski bu mövsüm hamıdan çox qol vurub
642 Dəfə oxunub
“Bayern Münhen”in forvardı Robert Lewandowski Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Ajax”la oyunda (3:3) dubl edib.

Beləliklə, hazırkı mövsüm bütün turnirlərdə qollarının sayını 21-ə çatdıran polşalı bu göstəriciyə görə Avropanın aparıcı 5 milli çempionatının futbolçuları arasında liderdir.

Lewandowskinin Çempionlar Liqasında 8, Bundesliqada 9, Almaniya superkubokunda 3, Almaniya kubokunda isə 1 qol vurduğunu da xatırladaq.