Ölkə prezidentinin oğlu “Celtic”də

Futbol 08.01.2019 09:38
Ölkə prezidentinin oğlu “Celtic”də
301 Dəfə oxunub
2018-ci ildə Liberiya prezidenti seçilən məşhur George Weahın oğlu Timothy bu mövsümün ikinci yarısını icarə əsasında Şotlandiyanın “Celtic” klubunda keçirəcək.

Oğul Weah “Paris SG”nin yetirməsidir və 2018-ci ildən klubun əsas komandasında çıxış edir.

Maraqlıdır ki, Liberiya millisində 61 oyun keçirmiş George Weahdan fərqli olaraq, Timothy ABŞ yığmasının şərəfini qoruyur.