Wenger DÇ-2022-də iştirak edə bilər

Futbol 08.01.2019 13:43
Wenger DÇ-2022-də iştirak edə bilər
222 Dəfə oxunub
“France Football”un məlumatına görə, “Arsenal”ın sabiq baş məşqçisi Arsène Wenger karyerasını Qətər millisində davam etdirə bilər.

Qətər futbolunun rəhbərliyi milli komandanı 2022-ci ildə ev sahibliyi edəcəkləri dünya çempionatına təcrübəli mütəxəssisin hazırlamasını istəyir. Baş məşqçi vəzifəsinə əsas namizəd isə 69 yaşlı Wengerdir.

Hazırda Asiya kubokunda çıxış edən Qətər millisini 2017-ci ildən 43 yaşlı ispaniyalı Félix Sánchez çalışdırır.

1984-cü ildən baş məşqçiliyə başlayan Wengerin milli komandada iş təcrübəsinin olmadığını da bildirək.