2019 Afrika Millətlər kuboku Misirdə keçiriləcək

Futbol 08.01.2019 17:07
2019 Afrika Millətlər kuboku Misirdə keçiriləcək
198 Dəfə oxunub
2019-cu ilin Afrika Millətlər kuboku 15 iyun - 13 iyul tarixlərində Misirdə keçiriləcək. Misirlilər qitə çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Cənubi Afrika Respublikasına qalib gəlib.

Qeyd edək ki, Afrika Millətlər kubokunun əvvəlcə Kamerunda keçirilməsi planlaşdırılsa da, bu ölkə yarışa hazır olmadığından təşkilatçılıqdam məhrum edilib.

Misirə gəlincə, bu ölkə sonuncu dəfə 2006-cı ildə qitə çempionatına ev sahibliyi edib.

İlk dəfə 24 komandanın qatılacağı Afrika Millətlər kubokunda Madaqaskar və Mavritaniya millilərinin debüt edəcəyini də bildirək.