Afrikanın ən yaxşıları

Futbol 09.01.2019 09:50
Afrikanın ən yaxşıları
222 Dəfə oxunub
Misir millisinin və “Liverpool”un hücumçusu Mohamed Salah 2018-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilib. O, ardıcıl ikinci dəfə bu şərəfə layiq görülüb. Salah, 2017-ci ildə olduğu kimi, bu dəfə də Afrika Futbol Konfederasiyasının sorğusunda klubdakı oyundaşı seneqallı Sadio Mane və “Arsenal”ın qabonlu forvardı Pierre-Emerick Aubameyangı qabaqlayıb.

Xatırladaq ki, 26 yaşlı Salah 2017/18 mövsümündə 32 qolla Premyer Liqanın bombardiri olub. Hazırkı mövsümdəsə o, 13 qolla ən məhsuldar futbolçuların siyahısında üçüncüdür.

Salah 2018-ci ildə FIFA-nın “The Best” mükafatı uğrunda mübarizədə 3-cü, “Qızıl top”un sorğusunda isə 6-cı olub. Amma ən gözəl qolun müəllifi kimi Puşkaş mükafatına layiq görülüb.

Mərakeş millisini çalışdıran Hervé Renard karyerası ərzində 3-cü dəfə Afrikanın ən yaxşı məşqçisi, “Borussia Dortmund”un mərakeşli müdafiəçisi Achraf Hakimi isə qitənin ən yaxşı gənc oyunçusu seçilib.

Afrika Futbol Konfederasiyası həmçinin 2018-ci ildə qitənin rəmzi yığmasını açıqlayıb:

Qapıçı: Denis Onyango (Uqanda).

Müdafiəçilər: Serge Aurier (Kot d’İvuar), Mehdi Benatia (Mərakeş), Eric Bailly (Kot d’İvuar), Kalidou Koulibaly (Seneqal).

Yarımmüdafiəçilər: Naby Keita (Qvineya), Thomas Partey (Qana), Riyad Mahrez (Əlcəzair).

Hücumçular: Sadio Mane (Seneqal), Pierre-Emerick Aubameyang (Qabon), Mohamed Salah (Misir).