Europa Final

Şevçenko: “Ronaldolu “Juventus” ÇL-in favoritidir”

Futbol 09.01.2019 12:55
Şevçenko: “Ronaldolu “Juventus” ÇL-in favoritidir”
303 Dəfə oxunub
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “La Gazzetta dello Sport”a müsahibəsində “Juventus”un Çempionlar Liqasının qalibi olmaq şanslarından da danışıb.

- “Juventus” Çempionlar Liqasının qalibi ola bilərmi?

- Əlbəttə, olar. Xüsusən də ona görə ki, heyətində Ronaldo var. “Juventus”da məhz belə oyunçu çatışmırdı. Həmişə onun pərəstişkarı olmuşam. Ronaldo inanılmaz dərəcədə istedadlı və zəhmətsevərdir. Bəli, “Juventus” əvvəl də çox güclü idi, amma indi Çempionlar Liqasının əsas favoritlərindən biridir.

Xatırladaq ki, hazırkı mövsüm Çempionlar Liqasının 1/8 finalında “Juventus” Madrid “Atletico”su ilə qarşılaşacaq.