Çempionlar Liqasının oyunları həftəsonu keçiriləcək?

Futbol 10.01.2019 09:56
Çempionlar Liqasının oyunları həftəsonu keçiriləcək?
633 Dəfə oxunub
Yaxın gələcəkdə Çempionlar Liqasının təqvimində dəyişikliklər olacağı gözlənilir.

Belə ki, ÇL-in oyunlarının həftəsonu keçirilməsi məsələsi gündəmdədir. Həmin həftələrdə milli çempionatların qarşılaşmaları isə həftəiçi olacaq.

Bir müddət əvvəl Almaniyanın “Bild” və “Der Spiegel” nəşrləri də bu barədə məlumat yaysalar da, UEFA məsələnin gündəmdə olmadığını iddia edir.

Bundan başqa, 4 komandalı 8 qrupun əvəzinə Çempionlar Liqasında 8 komandalı 4 qrupun olacağı da istisna olunmur. Bu halda iştirakçılar hərəyə 14 oyun keçirib və daha çox qazanacaqlar.