Europa Final

Mourinho kompensasiya olaraq 15 milyon aldı

Futbol 10.01.2019 14:15
Mourinho kompensasiya olaraq 15 milyon aldı
551 Dəfə oxunub
Jose Mourinho müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına görə alacağı kompensasiya məsələsində “Manchester United”lə anlaşıb.

Xatırladaq ki, 55 yaşlı portuqaliyalı mütəxəssis İngiltərə klubunun baş məşqçisi vəzifəsindən 2018-ci il dekabrın 18-də azad olunub.

“Daily Mail”in məlumatına görə, Mourinho kompensasiya olaraq qarşı tərəfdən 15 milyon funt sterlinq (təxminən 16,6 milyon avro) alıb. Maliyyə məsələlərini həll etdiyindən o, indi digər komandanı çalışdırmaq hüququ qazanıb.