Süpürgəçi azarkeş oyunu kralla birlikdə izlədi

Futbol 11.01.2019 14:20
Süpürgəçi azarkeş oyunu kralla birlikdə izlədi
566 Dəfə oxunub
Birləşmiş Ərəb Əmirliklərində keçirilən futbol üzrə Asiya kubokunda mübarizə aparan İordaniya millisi ilk oyununda Avstraliya komandasına 1:0 hesabı ilə qalib gəlib.

Paytaxt Ammanda süpürgəçi işləyən Xaled Şomali sözügedən oyun vaxtı küçədə olub və bir kafenin şüşəsindən futbolu izləyib. Soyuq olmasına və yağış yağmasına baxmayaraq, o, iş başında olduğundan içəri keçə bilməyib. Kimsə Xaledin şəklini çəkib sosial şəbəkədə paylaşıb və bu şəkil İordaniya kralı II Abdullahın çox xoşuna gəlib.

Nəticədə kralın iqamətgahına dəvət alan süpürgəçi oğlan İordaniya millisinin Suriya ilə ikinci oyununu II Abdullah və onun şahzadə oğlu Hüseynlə birlikdə izləyib.

Şahzadə Hüseyn Instagram səhifəsində belə yazıb: «Qardaşım Xaled Şomali ilə birlikdə oyuna baxmaqdan zövq aldım”.