Klubuna borc verən futbolçu

Futbol 15.01.2019 15:05
Klubuna borc verən futbolçu
645 Dəfə oxunub
“Wolfsburg”dan ayrılan polşalı cinah oyunçusu Jakub Błaszczykowski karyerasını keçmiş klubu “Wisła Kraków”da davam etdirəcək.

Goal.com saytının məlumatına görə 33 yaşlı futbolçu vətənində pulsuz oynayacaq. Üstəlik Błaszczykowskinin klubuna 300 min avro borc pul verəcəyi də bildirilir.

Xatırladaq ki, Błaszczykowski 8 mövsüm “Borussia Dortmund”un formasını geyindikdən sonra icarə əsasında “Fiorentina”da oynayıb və 2016-cı ildən “Wolfsburg”da çıxış edirdi.

Onun 100-dən çox oyunda Polşa millisinin formasını geyindiyini də bildirək.