“Arsenal”ın qapıçısı Petr Čech hazırkı mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
“Bu mənim peşəkar oyunçu kimi 20-ci mövsümümdür. Hiss edirəm ki, getməyin vaxtı gəlib”, - deyə 36 yaşlı çexiyalı futbolçu bildirib.
Karyerasına 1999-cu ildə başlayan Čech üç mövsüm vətənində çıxış etdikdən sonra Fransada “Rennes” (2002–2004) və İngiltərədə “Chelsea”nin (2004–2015) qapısını qoruyub, 2015-ci ildənsə “Arsenal”ın formasını geyinir.
O, “Chelsea” ilə 4 dəfə İngiltərə çempionu, 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildəsə Avropa Liqasının qalibi olub.
Čech 2002-2016-cı illərdə 124 oyunda Çexiya millisinin şərəfini qoruyub ki, bu da rekord göstəricidir.