“Tottenham”in lideri Kane 11 oyun buraxacaq

Futbol 16.01.2019 09:00
“Tottenham”in lideri Kane 11 oyun buraxacaq
343 Dəfə oxunub
Premyer Liqanın 22-ci turu çərçivəsində “Manchester United”lə oyunda (0:1) sol ayağı ciddi zədələnən “Tottenham”in hücumçusu Harry Kane təxminən ay yarım müddətə sıradan çıxıb.

Komandasının təxminən 11 oyununu, o cümlədən fevralın 13-də Londonda Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Borussia Dortmund”la ilk qarşılaşmanı buraxacaq 25 yaşlı futbolçunun martın 5-də cavab görüşündə iştirakı da sual altındadır.