Özil yenidən Madridə köçə bilər

Futbol 16.01.2019 15:00
Özil yenidən Madridə köçə bilər
523 Dəfə oxunub
“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil karyerasını İspaniyada davam etdirə bilər.

“El Gol Digital”ın məlumatına görə, “Atletico Madrid” türk əsilli almaniyalı futbolçu üçün London klubuna təxminən 20,2 milyon avro təklif edir.

Bundan əvvəl “Arsenal”ın Özili İtaliyanın “Juventus” və “Inter” klublarına təklif etdiyi barədə məlumt yayılmışdı.

30 yaşlı futbolçunun 2010-2013-cü illərdə Madridin digər klubu “Real”da çıxış etdyini də xatırladaq.