Ronaldo: “Bu, “Juventus”la ilk kubokumdur və çox şadam!”

Futbol 17.01.2019 09:00
Ronaldo: “Bu, “Juventus”la ilk kubokumdur və çox şadam!”
367 Dəfə oxunub
“Juventus”un hücumçusu Cristiano Ronaldo komandasının “Milan”a 1:0 hesabı ilə qalib gələrək İtaliya superkubokunu qazanmasını şərh edib.

Xatırladaq ki, sözügedən oyunda portuqaliyalı qələbə qoluna imza ataraq Turin klubunda ilk kubokunu qazanıb.

“Football Italia” Ronaldonun sözlərini belə təqdim edib:

“Çox çətin oyun oldu. Belə isti havada oynamaq asan deyildi. “Juventus” yaxşı oynayıb çoxlu qol vəziyyəti yaratdı. Əlbəttə, şadam ki, qələbə qolunu vurdum. 2019-cu ili kubokla başlamaq istəyirdim. Bu, “Juventus”la ilk kubokumdur və çox şadam!
İndi növbəti titul qazanmaq üçün işimizi davam etdirməliyik. Vurduğum qolu komandaya, ailəmə, dostlarıma və “Juventus” və Cristianonu sevən hamıya həsr edirəm”.