Emiliano Salanın cəsədi tapıldı

Futbol 08.02.2019 11:04
Emiliano Salanın cəsədi tapıldı
471 Dəfə oxunub
Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın cəsədi tapılıb. Britaniya mətbuatının yaydığı xəbərə görə, tibbi ekspertiza dənizdən çıxarılan meyitin Sala olduğunu müəyyən edib.  Hələlik pilot David İbbotson tapılmayıb.

Xatırladaq ki, argentinalı futbolçu yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq təyyarə Kardiffə çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarənin qalıqlarını La Manş boğazından tapıb.