Messi dünyanın ən yüksək ödənişli futbolçusudur

Futbol 08.02.2019 14:00
Messi dünyanın ən yüksək ödənişli futbolçusudur
251 Dəfə oxunub
Fransanın  L’Equipe qəzeti Avropanın 5 aparıcı liqasında ən yüksək ödənişli futbolçuların adlarını açıqlayıb.

Siyahıda 1-ci yerdə "Barselona"nın argentinalı futbolçusu Leonel Messidir. O, vergi tutlmamışdan ayda 8,3 milyon avro alır.

"Yuventus" hücumçusu Kriştiano Ronaldo siyahıda 2-ci yerdədir. Portuqaliyalı futbolçunun maaşı ayda 4,7 milyondur. "Atletiko"da çıxış eədn Antuan Qrizmann 3,3 milyon avro qazanır.

İlk onluq belədir:

1. Leonel Messi (Barselona) - 8,3 milyon avro
2. Kriştianu Ronaldu - 4,7 milyon
3. Antuan Qrizmann (Atletiko Madrid) - 3,3 milyon
4. Neymar (PSJ) - 3,06 milyon
5. Luis Suares (Barselona) - 2,9 milyon
6.Qaret Beyl (Real) - 2,5 milyon
7. Felippe Koutinyo (Barselona) - 2,3 milyon
8. Aleksis Sançes (Mançester Yunayted) - 2,28 milyon
9. Kilian Mbappe (PSJ) - 1,73 milyon
10. Məsut Özil (Arsenal) - 1,6 milyon