"Sumqayıt" "Qarabağ"ı büdrədə biləcəkmi?

Futbol 09.02.2019 10:57
"Sumqayıt" "Qarabağ"ı büdrədə biləcəkmi?
219 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 16-cı tura start veriləcək.

"Sabah”  Masazırda  “Qəbələni qəbul edəcək. Hər iki komandanın aktivində  20 xal var.

Günün digər oyununda "Sumqayıt"doğma divarlar arasında  “Qarabağ”la qarşılaşacaq. 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Ağdam tklubu qələbə qazanaraq "Neftçi" ilə xal fərqinin artmamasına çalışacaq.  Xatırladaq ki, ötən mövsüm "Sumqayıt" "Qarabağ"ı ölkə kubokunda mübarizədən kənarlaşdırmışdı.

Turun digər 2 oyunu bazar günü keçiriləcək.  Bütün oyunlar CBC Sport-la canlı yayımlanacaq.

9 fevral

Topaz Premyer Liqa, 16-cı tur

16:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
“Əlincə Arena”

18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
“Kapital Bank Arena”

10 fevral (bazar)

14:00. “Neftçi” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”

16:30. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
“Bayıl Arena"