Yurçeviç Bakıya gəldi

Futbol 09.02.2019 13:34
Yurçeviç Bakıya gəldi
418 Dəfə oxunub
Milli komandamızın baş məşqçi postuna əsas namizəd Nikola Yurçeviç Bakıya gəlib.

AFFA-nın rəsmi saytının verdiyi xəbərə görə,  xorvatiyalı mütəxəssis federasiya rəsmiləri ilə müzakirələr aparacaq və Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

Məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

         

\