Mirça Luçesku istefaya göndərildi

Futbol 11.02.2019 17:14
Mirça Luçesku istefaya göndərildi
592 Dəfə oxunub
Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

"Habertürk"ün yaydığı xəbərə görə, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib. Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq.

Xatırladaq ki, Luçesku 2017-ci ilin yayından yığmaya rəhbərlik edib.