Nikola Yurçeviç millimizin baş məşqçisi təyin olundu

Futbol 11.02.2019 20:34
Nikola Yurçeviç millimizin baş məşqçisi təyin olundu
549 Dəfə oxunub
Bu gün AFFA İcraiyyə Komitəsinin toplantısı keçirilib.

AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda aşağıdakı qərarlar qəbul olunub:

1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunsun:
- Milan Obradoviç – Azərbaycan U-21
- Samir Əliyev – Azərbaycan U-19
- Miloş Velebit – Azərbaycan U-15, U-16

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.