Millimizin üzvü Latviya klubuna keçdi

Futbol 18.02.2019 16:47
Millimizin üzvü Latviya klubuna keçdi
254 Dəfə oxunub
"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub.

21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın I Divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir.