Millimiz Litva ilə qarşılaşacaq

Futbol 18.02.2019 17:06
Millimiz Litva ilə qarşılaşacaq
319 Dəfə oxunub
Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu keçirəcək.

Millimiz “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bundan 4 gün öncə - martın 21-də yığmamız səfərdə Xorvatiya ilə qarşılaşacaq. Bu AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində komandamızın ilk oyunu olacaq.