Europa Final

"Liverpul" - "Bayern Münhen" matçı CBC Sport-da

Futbol 19.02.2019 10:55
"Liverpul" - "Bayern Münhen" matçı CBC Sport-da
1361 Dəfə oxunub
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
"Liverpul" doğma meydanda Almaniyanın "Bayern Münhen" klubunu qəbul edəcək. Ötən mövsümün finalçısı olan İngiltərə komandası sərfəli nəticə əldə etməyə çalışacaq.  
Hər iki komandanın heyətində itkilər var. "Liverpul"da Vircil van Deykin xidmətindən cəzalidir. Zədəli olan müdafiəçi Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd Çemberlen də bu oyunu buraxacaq. İngilislərin digər müdafiəçisi Deyan Lovren və hücumçu Cerdan Şakirinin isə qarşılaşmada iştirakı sual altındadır.
Almaniya klubu da bəzi futbolçuların yoxluğundan əziyyət çəkir. Jerom Batenq, Korenten Tolisso zədə, Tomas Müllerin isə cəzaya görə bu qarşılaşmada iştirak etməyəcəyi dəqiqdir. Münhenlilərin digər oyunçu Frank Riberi isə övladının dünyaya gəldiyini əsas gətirərək İngiltərəyə yollanmayıb. Aryen Robben və Kinqsli Komanın görüşdə iştirakı hələ ki, bəlli deyil.

Günün digər oyunu Fransa olacaq. "Lion" turnirin favoritlərindən hesab olunan İspaniya "Barselona"sı ilə qarşılaşacaq. Meydan sahiblərinin əsas forvardı Nabil Fekir cəzalı olduğu üçün bu oyunu buraxacaq.  Kataloniya təmsilçisində isə qapıçı Yasper Sillessen, müdafiəçi Tomas Vermalen və yarımmüdafiəçi Artur Melo zədəlidir.
Bu gün keçiriləcək matçların cavab görüşləri martın 13-də olacaq.

"Liverpul" - "Bayern Münhen" matçı CBC Sport-la canlı yayımlanacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Bayer Münhen" (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. "Olimpik Lion" stadionu