Europa Final

Millimiz ilk oyunda uduzdu

Futbol 19.02.2019 21:28
Millimiz ilk oyunda uduzdu
616 Dəfə oxunub
19 yaşlılardan ibarət futzal üzrə milli komandamız bu gün yoxlama oyunu keçirib. Komandamız Bakı İdman Sarayında türkiyəli həmyaşıdları ilə qarşılaşıb.

Görüş qonaqların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Tofiq Hüseynov, Nurlan Mehdizadə və Rafael Mütəllimov fərqlənib.

Bu komandalar arasında növbəti oyun fevralın 21-də, saat 19:00-da, Bakı İdman Sarayında keçiriləcək.