Klopp: "Nəticə ideal olmasa da, pis deyil"

Futbol 20.02.2019 10:28
Klopp: "Nəticə ideal olmasa da, pis deyil"
190 Dəfə oxunub
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Dünən gecə daha 2 oyun keçirilib.

"Liverpul" - "Bayern Münhen" 0:0
"Lion" - "Barselona" 0:0

Yurgen Klopp (Liverpul"un baş məşqşisi): "Bu ilk dəqiqələrdən hər şeyin alındığı oyun olmadı. Son dəqiq ötürmənin olmaması işimizi bir az çətinləşdirdi. Biz şoxx yaxşı komandaya qarşı oynadıq. Bu oyunun müsbət tərəfi odur ki, bu ev matçı üçün ən yaxşı heç-heçədir. Əlbəttə, biz başqa cür düşünürdük, amma bu oyundur. Mən xöşbəxtlikdən göylərdə uçmasam da, tam razıyam. Nəticə ideal olmasa da, pis də deyil".

Niko Kovaç (Bayern Münhen"): "Biz rəqibə həddən artıq qol vəziyyətləri yaratmağa imkan verdik. Amma qapımızdan qol buraxmadıq. Bu onu göstərir ki, taktiki və texniki cəhətdən yaxşı oynadıq. Cavab oyununda qalib gəlmək lazımdır. Bilirdik ki, burda topa 80 faiz nəzarət etməyəcəyik. Ancaq hücumda daha məhsuldar oynaya bilərdik."

Bruno Jenezio (Lion): "Biz daha çox şey əldə etmək istəyirdik. Bunun üçün birinci hissədə imkanlarımız da oldu. İkinci hissədə həm topu çox itiridik, həm də rəqibə qol vəziyyətləri yaratmağa imkan verirdik. Bizim hələ də növbəti mərhələyə yüksəlmək şansımız var".

Ernesto Valverde (Barselona): "Biz daha yaxşı nəticə gözləyirdik. Evdə daha güclü olsaq da, etiraf edim ki, 0:0 təhlükəli nəticədir. Bizə qələbə və azarkeşlərimiz lazımdır".