Europa Final

Çumbinyo Braziliya klubunda 1 ay davam gətirdi

Futbol 20.02.2019 13:23
Çumbinyo Braziliya klubunda 1 ay davam gətirdi
450 Dəfə oxunub
"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo ötən ay keçdiyi Braziliyanın "İnter de Limeyra" klubundan ayrılıb.

32 yaşlı yarımmüdafiəçinin yeni komandası da bəllidir. Braziliyalı futbolçu ölkəsinin C seriyasında çıxış edən "Yuventude"  komandası ilə anlaşıb. Onun bugünlərdə yeni klubu ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb.