Klublar Komitəsinin yeni sədri seçiləcək

Futbol 20.02.2019 17:16
Klublar Komitəsinin yeni sədri seçiləcək
332 Dəfə oxunub
Klublar Komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Fevralın 22-də AFFA-nın inzibati binasında təşkil ediləcək tədbir saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə Klublar Komitəsinin sədri vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”nin prezidenti Kamran Quliyev idi.