Europa Final

Sarrinin yerinə kim gələcək?

Futbol 20.02.2019 17:30
Sarrinin yerinə kim gələcək?
539 Dəfə oxunub
"Çelsi" yaxın vaxtlarda baş məşqçi Mauritsio Sarrini istefaya göndərə bilər. Sky Sports-un məlumatına görə, London klubunun rəhbərliyi 2 mütəxəssisin namizədliyini nəzərdən keçirir. "Çelsi"nin baş məşqçi postuna ən real namizədlər Zinəddin Zidan və "Derbi Kaunti"nin çalışdırıcısı Frenk Lemparddır.

Sarri istefaya göndərilsə, müvəqqəti olaraq vakant post onun köməkçisi Canfranko Zolaya tapşırılacaq.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 6-cı yeri tutur. Komanda İngiltərə kubokunun 1/8 final mərhələsində "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.