Həftənin komandası açıqlandı

Futbol 21.02.2019 11:47
Həftənin komandası açıqlandı
458 Dəfə oxunub
Topaz Premyer Liqasının 17-ci turunun rəmzi komandası açıqlanıb.

PFL “InStat” şirkətinin təhlilinə əsasən 11-liyi müəyyənləşdirib:

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”), Voislav Stankoviç (“Qəbələ”), Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”)

Hücumçular: Canluka Sansone (“Neftçi”), Amil Yunanov (“Keşlə”)