Dünya ulduzları Bakıya gəlir

Futbol 21.02.2019 15:12
Dünya ulduzları Bakıya gəlir
1001 Dəfə oxunub
Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gələcək növbəti məşhur futbolçuların adları açıqlanıb.

Eydur Qudyonssen, Deko, İrji Dudek, Revaz Arveladze və Mikael Essyen, Nihat Kahveçi kimi ulduzlar Azərbaycan paytaxtının qonağı olacaqlar.

Şəhərin mərkəzində təşkil olunacaq “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma martın 3-də saat 12:30-da başlanacaq. Oyunda Azərbaycanın tanınmış futbol veteranları Nazim Süleymanov, Vəli Qasımov da   iştirak edəcəklər.

Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avroliqanın finalına həsr olunmuş “İntellektual Kubok”un qalibi İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.