Millimizin rəqibləri məlum oldu

Futbol 21.02.2019 17:38
Millimizin rəqibləri məlum oldu
1857 Dəfə oxunub
Futbol üzrə qadınlardan ibarət milli komandamızın AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçiriləm püşkatma mərasimində 5-ci səbətdə yer alan yığmamız D qrupunda mübarizə aparacaq. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektivin rəqibi İspaniya, Çexiya, Polşa və Moldova komandaları olub. Püşkatmada 48 yığma komanda iştirak edib və püşk nəticəsində 9 qrupa bölünüb. Azərbaycan millisi 2009-cu ildə sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 kollektiv isə 2021-ci ildə İngiltərə keçiriləcək yarışa yollanmaq üçün play-off matçlarına çıxacaq.