Peres Ronaldonun qayıtmasından danışdı

Futbol 12.03.2019 11:20
Peres Ronaldonun qayıtmasından danışdı
1183 Dəfə oxunub
"Real"ın prezidenti Florentino Peres "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Madrid klubuna qayıtmaq məsələsinə münasibət bildirib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, o yayılan məlumatları təkzib edib: "Zidan Ronaldonu razı salmağa inandıra biləcəkmi? Kriştiano indi olmalı olduğu yerdədir, hər şeyi qaydasındadır".

Qeyd edək ki, Zidan da açıqlamasında portuqaliyalı hücumçunun "Real'a dönüşü haqda danışmağın düzgün zaman olmadığını deyib.