Europa Final

"Qarabağ"sız rəmzi komanda

Futbol 12.03.2019 17:09
"Qarabağ"sız rəmzi komanda
603 Dəfə oxunub
Azərbaycan Premyer Liqasında 20-ci turun rəmzi komandası açıqlanıb.

"InStat" şirkətinin təhlilinə əsasən, ən yaxşı 11-likdə "Neftçi" və "Keşlə"dən 4, "Qəbələ"dən 2, "Zirə"dən isə 1 futbolçu yer alıb. Maraqlıdır ki, bu dəfə siyahıya "Qarabağ"ın bir futbolçusu belə düşməyib.

Qapıçı: Kamal Bayramov (“Zirə”)

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”) -3, Kiril Petrov (“Neftçi”)-4, Mamadu Mbodj (“Neftçi”), Cabir Əmirli (“Keşlə”)-2

Yarımmüdafiəçilər: Stiven Monroz (“Qəbələ”)-5, Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”)

Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”) -6

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.