Europa Final

Brozoviç millimizə qarşı oynaya biləcək

Futbol 13.03.2019 11:31
Brozoviç millimizə qarşı oynaya biləcək
212 Dəfə oxunub
Xorvatiya millisi və "İnter"in zədəli futbolçusu Marselo Brozoviçin durumuna aydınlıq gəlib.

İtaliya çempionatında zədələnən futbolçunun tibbi müayinədən keçdikdən sonra durumunun  ciddi olmadığı məlum olub. Yarımmüdafiəçi milli komandanın  oyunlarına kimi tam hazır olacaq.

Xatırladaq ki, Xorvatiya Avro-2020-nin seçmə mərhələsi çərçivəsində  martın 21-də Zaqrebdə millimizi qəbul edəcək. Bundan 3 gün sonra isə Macarıstanla qarşılaşacaq.