Europa Final

Qvardiola "Bayern Münhen"ə azarkeşlik edəcək

Futbol 13.03.2019 13:17
Qvardiola "Bayern Münhen"ə azarkeşlik edəcək
313 Dəfə oxunub
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu gün keçiriləcək "Bayern Münhen" - "Liverpul" oyunu haqqında fikrini bildirib. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə Almaniya klubunun baş məşqçisi olub. "Bayern Münhen" onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasında yarımfinala kimi irəliləyib: "İstəyirəm ki, növbəti mərhələyə "Bayern Münhen" yüksəlsin. Hələ də özümü bu klubun bir hissəsi kimi hiss edirəm. Mən Münheni və "Bayern"i sevirəm. Orada çoxlu dostlarım var".

"Liverpul"la  "Bayern" arasında ilk oyunda hesab açılmamışdı. Cavab oyunu bu gecə saat 00:00-da başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.