Europa Final

Kamran Ağayev milliyə çağrılmadı

Futbol 13.03.2019 17:06
Kamran Ağayev milliyə çağrılmadı
813 Dəfə oxunub
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ).

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov, Rahil Məmmədov (hər ikisi Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin
Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda (hər ikisi Qarabağ),  Eddi İsrafilov (Alcorcon, İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov (Erzgebirge Aue Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ),

Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen Münster, Almaniya) Mirabdulla Abbasov (Neftçi).