"Beşiktaş"ın futbolçuları millimizə çağırıldı

Futbol 14.03.2019 11:25
"Beşiktaş"ın futbolçuları millimizə çağırıldı
837 Dəfə oxunub
21 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi martın 16-dan 26-dək olacaq.

Toplanış zamanı U-21 martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında olacaq və saat 15:00-da başlayacaq.

U-21-in baş məşqçisi  Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib:

Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev (hamısı "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Hüseyin Seyliğli, Mətin Gülər (hər ikisi "Beşiktaş", Türkiyə), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı "Qarabağ"), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya), Ərziman Rizvanov ("Bohemians 1905", Çexiya), Fərid Nəbiyev ("Slaviya", Çexiya).