"Səbail" Essyenlə danışıqlara başladı

Futbol 14.03.2019 13:57
"Səbail" Essyenlə danışıqlara başladı
623 Dəfə oxunub
"Səbail” Maykl Essyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agentdir.

Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen daha çox İngiltərənin “Çelsi” klubunda çıxıb. 37 yaşlı yarımmüdafiəçi London komandasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub. O, sonuncu dəfə 2017-ci ildə İndoneziyanın "Persiq Banduq" klubunda çıxış edir.

Qeyd edək ki, Maykl Essyen martın əvvəlində Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana gəlmişdi.