Essyen yenidən Bakıya gəldi

Futbol 15.03.2019 11:28
Essyen yenidən Bakıya gəldi
252 Dəfə oxunub
Maykl Essyen yenidən Bakıya gəlib. "Səbail" klubunun danışıq apardığı futbolçu bu gün Bayıl Arenada keçiriləcək "Səbail" - "Qarabağ" oyununu izləyəcək. Bu matç saat 16:45-də başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.

"Səbail" klubu yaxın günlərdə qanalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər.

Xatırladaq ki, Essyen karyerası ərzində "Çelsi", "Real", "Milan" kimi klubların formasını geyinib. O, sonuncu dəfə 2007-ci ildə İndoneziyanın "Persib Bandunq" komandasında çıxış edib.