Avropa Liqasında erkən final: "Napoli" - "Arsenal"

Futbol 15.03.2019 16:14
Avropa Liqasında erkən final: "Napoli" - "Arsenal"
560 Dəfə oxunub
UEFA Avropa Liqasının püşkü atılıb. 1/4 final mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:

"Napoli" - "Arsenal"
"Vilyarreal" - "Valensiya"
"Benfika" - "Ayntraxt"
"Slaviya Praqa" - "Çelsi"

"Napoli" - "Arsenal" cütünün qalibi yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə üz-üzə gələcək.
"Benfika" - "Ayntraxt" duelinin qalibi isə "Slaviya Praqa" - "Çelsi" oyunun qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.