"Qarabağ"dan çətin qələbə

Futbol 15.03.2019 18:41
"Qarabağ"dan çətin qələbə
221 Dəfə oxunub
Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilir. "Qarabağ" "Bayıl Arena"da "Səbail"in qonağı olub. Qurban Qurbanovun komandası bu oyunda çətin qələbə qazanıb - 1:2. Bu Ansi Aqollinin "Qarabağ"da son oyunu olsa da, albaniyalı futbolçu sonadək ehtiyatda qalıb.

"Səbail" – "Qarabağ" - 1:2
Qollar: Dani Kintana, 34 (0:1), Ağabala Ramazanov, 42 (1:1), Riçard Almeyda, 77-pen (1:2)