"Neftçi" "Qəbələ" ilə oyunda büdrədi

Futbol 15.03.2019 20:53
"Neftçi" "Qəbələ" ilə oyunda büdrədi
210 Dəfə oxunub
Topaz Premyer Liqasında 21-ci tura yekun vurulub. Turun son oyununda "Neftçi" öz meydanında "Qəbələ" ilə qarşılaşıb.

54-cü dəqiqədə Mamadu Mbodjın qüvvətli zərbəsindən sonra hesab açılsa da, qonaqlar 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Sriven Monroz fərqlənib.

Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

Bu oyundan sonra "Neftçi" və "Qarabağ"ın xalları bərabərləşib - 45.

"Qəbələ" isə xalını 29-a çatdırıb və 3-cü pillədəki "Səbail"dən 2 xal geri qalır.