"Şeydayev son zamanlar möhtəşəm oynayır"

Futbol 16.03.2019 11:23
"Şeydayev son zamanlar möhtəşəm oynayır"
826 Dəfə oxunub
"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Ramil Şeydayev haqqında müsbət fikirlər səsləndirib. Samara klubu son oyunda səfərdə "Anji" üzərində 2:0 hesabı ilə qələbə qazanıb. İkinci topu rəqib qapısından millimizin hücumçusu keçirib. Bu həmyerlimizin son 3 oyunda 3-cü qolu olub.

Bojoviç Mahaçqala klubu ilə oyun barədə danışarkən Şeydayevlə də bağlı fikir bildirib: “Qələbəyə layiq idik. İlk hissə çətin olsa da,  fasilədən sonra topla oynamağa başladıq. Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır, əhsən! Ramilə görə şadam. Çalışqan və yaxşı oğlandır, belə oynamağa davam etsin".