"Səbail" Essyenlə müqavilə bağladı (RƏSMİ)

Futbol 16.03.2019 16:20
"Səbail" Essyenlə müqavilə bağladı (RƏSMİ)
653 Dəfə oxunub
"Səbail" Maykl Essyeni heyətinə qatıb. Qanalı futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.

37 yaşlı yarımmüdafiəçi eyni zamanda ”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qana millisinin sabiq futbolçusu "Səbail"ə azad agent kimi keçib. Karyerasına Fransa “Bastiya”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub. Bundan başqa, "Panatinaikos", "Lion" klublarında da oynayıb. Essyen sonuncu dəfə 2017-ci ildə İndoneziyanın "Persib Bandunq" komandasında çıxış edib.