AFFA rəhbərliyi milli komanda ilə görüşdü

Futbol 17.03.2019 10:31
AFFA rəhbərliyi milli komanda ilə görüşdü
474 Dəfə oxunub
Martın 21-də AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq milli komandamız təlim-məşq toplanışına başlayıb. Milli komandaların Məşq Mərkəzində AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov yığmamızın üzvləri ilə görüşüblər.

AFFA rəhbərliyi Zaqrebdə keçiriləcək oyunda komandamıza uğurlar arzulayıb, müvafiq tövsiyələrini veriblər.

Millimiz martın 19-da Xorvatiyaya yola düşəcək.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də saat 23:45-də başlayacaq və CBC Sport-la canlı yayımlanacaq.